Ordu.az xəbər verir ki, “Hraparak” nəşri “Ermənistan Beynəlxalq Hava Limanları” şirkətinə sorğu göndərib.
Şirkətdən bildiriblər ki, 2021-ci ilin fevralında “Zvartnots” və “Şirak” hava limanlarından 58,297 sərnişin (Ermənistan vətəndaşları daxil olmaqla) ölkəni tərk edib. 2021-ci ilin fevral ayında eyni hava limanları ilə Ermənistana 31,901 şəxs (Ermənistan vətəndaşları daxil olmaqla) gəlib.
Gedənlər və gələnlər arasında say fərqi 26,396 nəfərdir. Belə çıxır ki, 26,396 nəfər geri qayıtmayıb. Bu say ötən illə müqayisədə 10 dəfə çoxdur.
Alpər Mövludoğlu
Ordu.az