Hərbi avadanlığı qəsdən məhv etməyə çalışan erməni sakinə qarşı ittiham irəli sürülüb

2019/05/00-15-1559289603.jpg
Oxunub: 800     11:48     05 Mart 2021    
Ermənistan İstintaq Komitəsinin Kotayk vilayəti istintaq idarəsinin Nairi istintaq şöbəsində araşdırılan cinayət işi üzrə həyata keçirilmiş istintaq və başqa prosessual fəaliyyətlər nəticəsində vətəndaş təşəbbüsünün üzvləri tərəfindən əldə edilmiş hərbi avadanlığı qəsdən məhv etməyə cəhd etmək hadisəsinin bir sıra halları məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Yeğvard şəhərinin 30 yaşlı sakini 2020-ci il noyabrın 11-də saat 02:30 radələrində qəsdən, yanacaq materaialının istifadə edilməsi ilə, yandırılması yolu ilə Kotayk vilayətinin Yeğvard şəhərinin Azatamartikner küçəsində yerləşən, vətəndaş təşəbbüsünün üzvləri tərəfindən əldə edilmiş xüsusilə böyük məbləğlərə çatan, ümumi olaraq 17.375.000 Ermənistan dramı dəyərində hərbi avandlığı məhv etməyə çalışıb.

Lakin o, öz iradəsindən asılı olmayan şəraitdə cinayəti başa çatdırmayıb, çünki alov vətəndaşlar tərəfindən görülüb və söndürülüb.

Sözügedən şəxsə qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. İlkin istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Hərbi avadanlığı qəsdən məhv etməyə çalışan erməni sakinə qarşı ittiham irəli sürülüb

2019/05/00-15-1559289603.jpg
Oxunub: 801     11:48     05 Mart 2021    