Martın 3-də parlament-hökumət sual-cavabı zamanı Nikol Paşinyanın müavini Tiqran ABŞ sanksiyalarından yan keçərək, fevralın 24-də naməlum şəraitdə İranın “Mehrabat” hava limanında ortaya çıxan “Fly Armenia Airways” erməni şirkətinin “Boeing B737-300” təyyarəsinin odisseyasına toxunaraq cavab verdi ki, təyyarəni İrəvana qaytarmaq üçün bu gün (martın 3-ü) danışıqlar gedir.
Tiqranın bəyanatından artıq kifayət qədər zaman keçib və ümumiyyətlə, artıq martın 4-dür.
Bəs Amerika istehsalı olan təyyarə İrəvana çatmayıb?
Erməni politoloq Qaqik Hambaryan özünün “Facebook” səhifəsində yazıb ki, Nikol və ona xidmət edənlər ABŞ-la təhlükəli oyuna daxil olublar və bu cür axmaq hərəkətlərlə Ermənistanın üzərinə palçıq atırlar.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
Ermənistan
Böhran