Ermənistanda Rusiyanın hərbi bazası ilə birgə hərbi təlim keçirilib

2021/03/34534-1614927909.jpg
Oxunub: 1222     11:40     05 Mart 2021    
Martın 2-dən 4-nə qədər Ermənistan Silahlı Qüvvələri və Rusiya Silahlı Qüvvələri qoşunlarının (qüvvələrinin) birləşmiş qruplaşmasının komandiri, general-leytenant Tiqran Parvanyanın rəhbərliyi altında birgə komanda-qərargah hərbi təlimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Erməni-rus qoşunlarının (qüvvələrinin) birləşmiş qruplaşmasının (QBQ) hərbi hissələri, Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin administrasiyaları hərbi təlimə daxil edilib.

“Hərbi hissələrin daimi yerləşmə yerlərində keçirilmiş təlimin məqsədi dinc dövrdən müharibə dövrünə keçərkən hərbi birləşmələrin, hərbi hissələrin və bölüklərin hazırlığının təkmilləşdirilməsi idi”, - deyə Ermənistan MN-in məlumatında qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Ermənistanda Rusiyanın hərbi bazası ilə birgə hərbi təlim keçirilib

2021/03/34534-1614927909.jpg
Oxunub: 1223     11:40     05 Mart 2021    