Ordu.az xəbər verir ki, bunu Ermənistanıın İctimai Televiziyasının efirində “Yerkrapah” hərbi təşkilatının sədri, “Mənim addımım” fraksiyasının deputatı Sasun Mikayelyan deyib.
O, spekulyasiya və müzakirələrə səbəb olmuş yaralanması hekayəsini danışıb.
“Sonuncu maşınla mən çıxmışam. İşxanadzora gəlmişik, körpünü keçmişik, bir dənə çökəklik kimi yer var idi, bütün qoşunu ora gətirmişəm ki, əmr olduqda Qubadlı və ya İşxanadzor istiqamətində gedirik. Axşam 22:00 radələrində aramıza raket düşüb. 8 nəfər ölüb, 25-i yaralanıb. 2-ci raket də gəlsəydi, bizdən heç kim sağ olmayacaqdı”, - deyə Mikayelyan qeyd edib.
Saun Mikayelyan əlavə edib ki, 4 əməliyyat keçirib və getdikcə sağalır.
Mikayelyan deyib ki, Ermənistan ordusunun atdığı addımı yanlış hesab edir, çünki müharibəni uduzublar.
“30 ildə ordunu qursaydıq, bu gün yıxılardıq?”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az