Onik Qasparyanı kim əvəz edəcək?

2019/02/41565-1551258458.jpg
Oxunub: 955     15:35     04 Mart 2021    
Ermənistan hakimiyyətinin bildirdiyinə görə, cümə axşamı günü hüququn qüvvəsi ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan tutduğu vəzifədən azad ediləcək.

"Hraparak" nəşri yazır ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsi üçün bəzi namizədlərin adları dövriyyəyə qoyulur: Paşinyanın istefası tələbinə qoşulmamış Ermənistan Baş Qərargah rəisinin müavini Andranik Makaryan, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Calal Harutyunyan və Ermənistanın keçmiş Baş Qərargah rəisi Artak Davtyan.

“Past” nəşri də sözügedən şəxslərin namizədliyini təsdiq edib.

Nəşr yazır ki, hazırda müzakirə olunan namizədlərdən biri də Qarabağdakı qanunsuz “hərbi birləşmə”nin komandiri, general-leytenant Mikayel Arzumanyandır. Ermənistan hakimiyyəti Arzumanyanın üzərində son olaraq dayanmayıb, ancaq Onik Qasparyanın “məsələlərini həll etmək” mümkün olsa, onun Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına köçürülməsi ən mümkünlərdən biri hesab olunur, Nikol Paşinyan Onik Qasparyanın uzaqlaşdırılması üçün mümkün və qeyri-mümkün bütün resursları sahəyə atıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Onik Qasparyanı kim əvəz edəcək?

2019/02/41565-1551258458.jpg
Oxunub: 956     15:35     04 Mart 2021    