Ordu.az xəbər verir ki, bunu video-körpü zamanı Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqə komissiyasının üzvü, deputat Konstantin Zatulin deyib.
O xatırladıb ki, indi Qarabağda 2 min rus sülhməramlı var.
“Düşünrəm ki, bəlkə də bir müddət sonra vəziyyət indiyə qədər inkişaf etdiyi kimi inkişaf etsə, Sünikdə rus hərbi qrupunun gücləndirilməsi barədə söhbət getməlidir. Mənə elə gəlir ki, insanların Ermənistandan qaçmaması üçün vəziyyət bunu tələb edir”, - deyə rus deputat qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az