Rus sülhməramlılar 5 Azərbaycan hərbi karvanının hərəkətini təmin ediblər

2021/03/22-1614850526.jpg
Oxunub: 1237     13:22     04 Mart 2021    
Rus sülhməramlı kontingenti Qarabağda öz öhdəliklərinin icra edilməsinə davam edir. Rus sülhməramlılar 27 müşahidə məntəqəsində gecə-gündüz atəşkəs rejimin qorunmasına nəzarəti həyata keçirirlər.

Ordu.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilir ki, atəşkəs rejimi bütün cəbhə xətti boyunca qorunur.

“Son bir gündə 10 hektar ərazi, 5 km yol, 14 tikili təmizlənib, 51 partlayıcı maddə tapılıb və məhv edilməsi üçün çıxarılıb. Ümumi olaraq 2020-ci il noyabrın 23-dən bəri 1558 hektar ərazi, 489 km yol, 1538 tikili partlamamış sursatdan təmizlənib, 25045 partlayıcı maddə zərərsizləşdirilib. Rus sülhməramlılar Azərbaycan Silahlı Qüvvələrinin 5 avtomobil karvanının Laçın dəhlizi ilə şimal və cənub istiqamətlərində təhlükəsiz hərəkətini, eləcə də Şuşa-Qırmızı Bazar yolu ilə və əksinə bir karvanın hərəkətini təmin ediblər”, - deyə bəyanatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Rus sülhməramlılar 5 Azərbaycan hərbi karvanının hərəkətini təmin ediblər

2021/03/22-1614850526.jpg
Oxunub: 1238     13:22     04 Mart 2021    