“Past”: Ruslara sərt şəkildə “qarşı çıxmağa” hazırlaşırlar

2020/10/kreml-1602495991.jpg
Oxunub: 1166     15:27     04 Mart 2021    
Son günlərdə Ermənistanın daxili siyasi inkişafları getdikcə daha da intriqalı xarakter alır və istənilən an müəyyən həll mümkündür. Bu fonda geosiyasi kontekstdə də kifayət qədər maraqlı proseslər baş verir.

Ordu.az nəşri yazır ki, rus sülhməramlıların Qarabağa daxil olmasından sonra Ermənistanda cəmiyyət arasında rusyönümlü istiqamətin nərəzəçarpacaq dərəcədə artımı qeydə alınmışdı, bu, qərb istiqamətinə sahib olan strukturlar və şəxslər arasında ciddi narahatçılıq yaratmışdı.

Nəşrin məlumatlarına görə, Ermənistanda fəaliyyət göstərən anti-rus blokunun qüvvələrinə daxili qaydada bütün mümkün variantlarla anti-rus dalğasını isti saxlamaq və uyğun anlarda açıq mətnlə rus dairələrindən gələn mesajlara qarşı çıxmaq tapşırılıb.

Qeyd olunur ki, bənzər gündəmlə martın 1-də ABŞ-ın Ermənistandakı səfirliyindən görüş baş tutub, Ermənistanın siyasi sahəsinin qərb maliyyələşdirməsi ilə fəaliyyət göstərən aktiv nümayəndələri görüşdə iştirak ediblər.

“Mənbələrimizin məlumatına görə, tənqid “siqnalları” birbaşa olaraq regiondakı addımlar da daxil olmaqla ABŞ-ın yeni geosiyasi addımları ilə bağlı olacaq”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

“Past”: Ruslara sərt şəkildə “qarşı çıxmağa” hazırlaşırlar

2020/10/kreml-1602495991.jpg
Oxunub: 1167     15:27     04 Mart 2021    