Türkiyə “Altay” tanklarının mühərrik problemini həll etməyə çalışır

2021/03/fasfa-1614849749.jpg
Oxunub: 2689     15:43     04 Mart 2021    
Türkiyə adı açıqlanmayan xarici dövlətlə “Altay” əsas döyüş tankına mühərrik almaq üçün danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir NTV kanalına müsahibəsində məlumat verib.

Demir “Altay” tankı və yüngül zirehli maşınlar üçün yerli istehsal olunan mühərriklərin müxtəlif prototiplərinin bu il hazır olacağını bildirsə də, əvvəlcə tankda xaricdən satın alınan mühərrikdən istifadə edəcəyini qeyd edib. Beləliklə, Türkiyə “Altay” tankının mühərrik problemini tezliklə həll etməyə çalışır.

Qeyd edək ki, “Altay” prototipi Almaniyadan alınan və 1500 at gücündə olan dizel mühərriklə işləyirdi. Daha sonra Almaniya mühərriklərin satılmasına qadağa qoydu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə  

Türkiyə “Altay” tanklarının mühərrik problemini həll etməyə çalışır

2021/03/fasfa-1614849749.jpg
Oxunub: 2690     15:43     04 Mart 2021    