Erməni deputat Paşinyana: “Qapanın “Qafan” olduğu sənəd imzalanıb, kim imzalayıb, bu, sizin iradənizdir?”
“Dekabrda baş vermiş hadisələrə aid olan üçtərəfli bəyanat sənədi internetdə nəşr olundu. O, Ermənistanın sərhəd məsələlərini, Qarabağın əraziləri ilə bağlı münasibətləri, qoşunların yerdəyişməsini əhatə edirdi. İçində Qapan şəhərinin türk dilində “Qafan” şəklində yazıldığı sənədi nəzərdə tuturam. İmza yox idi. Hamı düşündü ki, bu, ya saxtadır, ya da hökumət cinayət-hüquqi nəticələrdən yayınmaq üçün imzalamayıb. İmzalanıb, kim imzalayıb, bu, sizin iradənizdir, yoxsa yenə təhdid altında imzalanıb?”.
Ordu.az xəbər verir ki, bu sualı Ermənistanda parlament-hökumət sual-cavabı zamanı Ermənistan Baş naziri Nikol Paşinyana “İşıqlı Ermənistan” fraksiyasının deputatı Taron Simonyan verib.
Artıq 5-ci dəfə birbaşa olaraq Ermənistan Baş nazirinə ünvanlanmış suala cavab vermək üçün Nikol Paşinyan yox, Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan yaxınlaşıb və deyib:
“Dekabrda Müdafiə Nazirliyi bildirib ki, əldə edilmiş razılaşmaya əsasən, Gorus-Davit Bek sektorunda hərəkətin maneəsizliyi səbəbilə rus sülhməramlı qüvvələr yerləşdirilirlər. Bu razılaşma hələ dekabrda olub, rus tərəfi Azərbaycan tərəfi ilə razılaşdırıb. Daim eyni mövzunu müzakirə etməklə hansı yeni şeyi tapacağıq?”.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran
Paşinyan