“Azərbaycan Qarabağda gələcəyin müharibəsinin nümunəsini göstərdi” - Ferbrügen

2020/12/4445-3215002810.jpg
Oxunub: 3224     15:30     04 Mart 2021    
Brüssel Universitetində silahlanma məsələləri üzrə ekspert olan Maaike Ferbrügen Qarabağ müharibəsi haqqında öz fikirlərini təqdim edib.

Ordu.az xəbər verir ki, o, Qarabağdakı müharibəni gələcəyin nümunəsi adlandırıb.

“Bəziləri quru obyektlərinə hücum edir, digər hissəsi müşahidələr aparırdı. Bu hələ tam hüquqlu bir dron müharibəsi deyildi, lakin gələcəkdə münaqişələrin necə inkişaf edə biləcəyini göstərirdi. Müharibədə PUA-ların istifadə edilmə embrionları və gələcəkdə onun necə olacağı göstərildi”, - deyə Ferbrügen qeyd edib.

Ekspertin sözlərinə görə, bu gün mütəxəssislər düşünməlidirlər ki, kimsə bu cür robot dronlar yaratmağa və istifadə etməyə qərar versə, ona necə müqavimət göstərəcəklər.

“Azərbaycan Qarabağda gələcəyin müharibəsinin nümunəsini göstərdi”, - deyə Ferbrügen bildirib.

Süni Zəkaya malik minlərlə PUA-nın bir kompüter proqramının rəhbərliyi ilə koordinasiyalı şəkildə hərəkət edə biləcəyi filmlərdə göstərilir. Lakin artıq bu cür texnologiyalardan da istifadə olunmağa başlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

“Azərbaycan Qarabağda gələcəyin müharibəsinin nümunəsini göstərdi” - Ferbrügen

2020/12/4445-3215002810.jpg
Oxunub: 3225     15:30     04 Mart 2021    