Türkiyə Rusiyadan S-400-lərin yeni partiyasını almaq imkanını nəzərdən keçirir

2019/09/285d7-1568612925.jpg
Oxunub: 819     12:31     04 Mart 2021    
Ankara Rusiyadan S-400 zenit-raket komplekslərinin ikinci partiyasının alınması ehtimalını nəzərdən keçirməyə davam edir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir NTV kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə ZRK-ların Rusiyadan alması səbəbindən ABŞ-ın tətbiq etdiyi sanksiyaların birbaşa təsirini hiss etməyib.

Bundan əvvəl Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Rusiyadan alınan S-400-lərin yalnız təhlükə yaranacağı təqdirdə istifadə ediləcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə  

Türkiyə Rusiyadan S-400-lərin yeni partiyasını almaq imkanını nəzərdən keçirir

2019/09/285d7-1568612925.jpg
Oxunub: 820     12:31     04 Mart 2021    