Türkiyə donanmasına avtonom sualtı və dəniz platforması tədarük ediləcək

2021/03/ULAQ--1614838279.jpg
Oxunub: 992     16:42     04 Mart 2021    
Türkiyə Hərbi Dəniz Qüvvələrinə ehtiyaclarına uyğun olaraq ölkənin Müdafiə Sənayesi İdarəsi tərəfindən 40 avtonom sualtı və dəniz platforması tədarük ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə portalları öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, layihə hal-hazırda Müdafiə Sənayesi İdarəsinin “prioritet layihələri” arasındadır.

Avtonom platformaların hansı şirkət tərəfindən təmin ediləcəyi barədə məlumat verilməyib. Türkiyənin bu sahədə aparıcı şirkətləri ASELSAN, HAVELSAN və “Meteksan Savunma”dır.

Qeyd edək ki, “Meteksan Savunma” bir müddət öncə ULAQ adlı avtonom dəniz platformasını ictimaiyyətə təqdim edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə  

Türkiyə donanmasına avtonom sualtı və dəniz platforması tədarük ediləcək

2021/03/ULAQ--1614838279.jpg
Oxunub: 993     16:42     04 Mart 2021    