Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, görüş Omanın paytaxtı Maskat şəhərində baş tutub. Görüşdə ABŞ-ın Yəmən üzrə nümayəndəsi Timoti Lenderkinq və husilərin səlahiyyətli nümayəndəsi Məhəmməd Abdusalam iştirak edib.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays husilərlə görüşün keçirilməsi ilə bağlı suala cavab verməyib, lakin Lenderkinqin Səudiyyə rəsmiləri ilə əlavə məsləhətləşmələr aparmaq üçün Riyadda olduğunu bildirib.
2014-cü ildə husilər Yəmənin paytaxtını ələ keçirib və əhalinin çox olduğu bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ildən etibarən Yəməndə husilərlə mübarizə aparır.
Sevinc Əliyeva
Ordu.az
https://www.reuters.com/article/us-yemen-security-usa-idUSKBN2AV1VH?fbclid=IwAR3V9MEcN5e8gRSug_iR-qlWOiNA0UWdSaKqcuz2lfNPjgxWwE7620fJuWE