İtaliya və Azərbaycan XİN başçıları Qarabağ bəyanatını müzakirə edib

2021/03/16147-1614771432.jpg
Oxunub: 1073     15:36     03 Mart 2021    
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər və Ermənistanın bəyanatdan irəli gələn öhdəliklərinə qarşı olan pozucu əməlləri barədə italiyalı həmkarına məlumat verdi.

Nazir Luici Di Maio bölgədə dövlətlərarası vəziyyətin normallaşması üçün üçtərəfli bəyanatların bütün aspektlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan münasibətlərin hərtərəfli inkişafı perspektivləri, regiondakı yeni əməkdaşlıq imkanları, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: XİN   İtaliya  

İtaliya və Azərbaycan XİN başçıları Qarabağ bəyanatını müzakirə edib

2021/03/16147-1614771432.jpg
Oxunub: 1074     15:36     03 Mart 2021    