Füzulidə düşmənin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkarlanıb

2021/03/81774-1614771108.jpg
Oxunub: 713     14:50     03 Mart 2021    
Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Ordu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidməti ərazidə müntəzəm reydlər aparır, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.

Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin ataraq qaçdığı 2 “İQLA-S” zenit-raket kompleksi, 4 avtomat, 7 müxtəlif növ qumbaralar, 1 “Karbonit” silahı, 1 tank əleyhinə qumbaraatan, 19 mindən çox müxtəlif çaplı patronlar, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Füzulidə düşmənin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkarlanıb

2021/03/81774-1614771108.jpg
Oxunub: 714     14:50     03 Mart 2021    