ABŞ bu il Alyaskada raketdən müdafiə radarları yerləşdirəcək

2021/03/ZV4N6-1614766001.jpg
Oxunub: 798     16:51     03 Mart 2021    
ABŞ Hərbi Hava Qüvvələri bu il Alyaskada ballistik raket təhdidlərini aşkarlayacaq radarlar yerləşdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Raketdən Müdafiə Agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, LRDR adlı uzun mənzilli radarın inteqrasiya fəaliyyətləri koronavirus səbəbindən ləngidiyi üçün onların yarımadada yerləşdirilməsi də gecikib.

“Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən radarlar potensial olaraq Şimali Koreyadan gələn qitələrarası və hipersəs raketləri aşkarlaya, izləyə, həmçinin aldada biləcək.

Qeyd olunur ki, inteqrasiya fəaliyyətləri başa çatdıqdan sonra radarlar sürətlə sınaqdan keçiriləcək və Alyaskada yerləşdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Alyaska  

ABŞ bu il Alyaskada raketdən müdafiə radarları yerləşdirəcək

2021/03/ZV4N6-1614766001.jpg
Oxunub: 799     16:51     03 Mart 2021    