Cənubi Koreya və ABŞ bu həftə Vaşinqtonda müdafiə xərclərinin bölüşdürülməsi ilə bağlı görüşlər keçirəcək

2020/09/20200-1599645766.jpg
Oxunub: 663     15:13     03 Mart 2021    
Cənubi Koreya və ABŞ rəsmiləri bu həftə Vaşinqtonda amerikalı hərbi qulluqçuların Koreya yarımadasında saxlanılması xərclərinin bölüşdürülməsi ilə bağlı görüşlər keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Cənubi Koreya hökumətinin diplomatı Yonq Eunbo cümə günü amerikalı həmkarı Dolnna Uelton ilə görüşəcək.

Qeyd olunur ki, danışıqlarda məqbul razılaşmanın əldə edilməsi gözlənilir.

Qeyd edək ki, Koreya yarımadasında ABŞ ordusunun 28.500 hərbi qulluqçusu mövcuddur. Cənubi Koreya onların saxlanılması üçün hər il 870 milyon ABŞ dolları vəsait ayırır. ABŞ-ın sabiq prezidenti Donald Tramo bunun az olduğunu bildirirdi və ayrılan vəsaitin təxminən 50% artırılmasını, hər il 1.3 milyard dollar ödənilməsini tələb edirdi. Cənubi Koreya sadəcə 13%-lik artım təklif etmişdi.

Bayden adminstrasiyasının daha məqbul həll yolu tapacağı ehtimal edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Koreya  

Cənubi Koreya və ABŞ bu həftə Vaşinqtonda müdafiə xərclərinin bölüşdürülməsi ilə bağlı görüşlər keçirəcək

2020/09/20200-1599645766.jpg
Oxunub: 664     15:13     03 Mart 2021    