Ordu.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş Qərargah rəisini vəzifədən azad etmək vəsatəti ilə bağlı Ermənistan prezidentinin 02.03․2021 tarixli qərarı haqqında bəyanatı ilə əlaqədar bəyanat yayıb.
"Prezident bəyanatla hərəkət edib və yalnız konstitusiyaya uyğun şəkildə hərəkət etmək niyyətini bildirib", - deyə bəyanatda qeyd olunur.
Bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Viktor Qasparyan 8 günlük müddətin bitməsinə qədər (digər müddətlər Ermənistan prezidenti tərəfindən Ermənistan Konstitusiya Məhkəməsinə müraciət etdikdən sonra fəaliyyət göstərməyə başlayır) xidmətini davam etdirir, Ermənistan silahlı qüvvələrin ali hərbi komandiridir.
Alpər Mövludoğlu
Ordu.az