Paşinyanın peşmançılığının Rusiyanın silah kreditinə kömək etməsi ehtimalı yoxdur

2021/03/50978-1614754590.jpg
Oxunub: 957     16:24     03 Mart 2021    
Rusiya silahları danışıqlar mövzusuna çevrilir. Bir neçə gün əvvəl Serj Sarkisyana qarşı 2020-ci il müharibəsi zamanı aldığı “İskəndər”lərin partlamadığını söyləyən Nikol Paşinyan peşman olduğunu və ona düzgün məlumat verilmədiyini bildirib.

Paşinyanın mətbuat katibi, rus silahlarının dünyada ən yaxşısı olduğunu açıqlayıb. Xatırladaq ki, Paşinyanın açıqlamasından sonra Rusiya Müdafiə Nazirliyi və ondan sonra İlham Əliyev “İskəndər”in Qarabağda istifadə olunmadığını bəyan edib. Əslində Paşinyana nəyi məruzə etməyiblər, doğrudanmı “İskəndər”lər istifadə edilməyib, yoxsa istifadə edilib sadəcə partlamayıb?

“Lragir” nəşri yazır ki, rus silahlarının təkcə Ermənistanda saxtalaşdırılmaya məruz qalmaması diqqət çəkir.

“Paşinyan “İskəndər”in keyfiyyətini şübhə altına aldıqda rusiyalı ekspertlər “İskəndər”in Suriyada özünü mükəmməl şəkildə göstərdiyini açıqladılar. Hətta fotoşəkilləri belə dərc olundu, amma qərb jurnalistləri gözlənilmədən bu şəkillərdə raket zərbəsinə tuş gələn xəstəxananı aşkar etdilər. Rus təbliğat maşını təcili olaraq xəstəxanaya edilən raket hücumunu inkar etməli oldular.

Sonra Türkiyə estafeti öz üzərinə aldı və Rusiyanın radioelektron vasitələrinin “Bayraktar”ları vura bilmə qabiliyyətində olmadığını bildirdi. Rusiya tərəfi REM bölmələrini dərhal müdafiə etməyə başlamaqla Liviya və Suriyada yaxşı işlədiklərini və bir çox dronları məhv etdiklərini bildirdi.

Bütün bunlar Rusiya silahlanmasının dünya bazarındakı payının davamlı azalması fonunda baş verir. Rusiyada istehsal olunan, daha doğrusu Rusiyanın müharibə edən tərəflərə ucuz satmağa çalışdığı silahlar artıq müasir tələblərə cavab vermir. Bundan əlavə, əvvəllər Rusiyadan silah alan ölkələr Çin, Hindistan, İran və Ərəb ölkələri artıq özləri həmin silahları istehsal edirlər. Artıq “İskəndər”lər hətta Ermənistanı da güldürür.

Paşinyanın təəssüf hissi ilə Rusiya silahlarının kreditini artırmaq çətin olacaq”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Böhran  

Paşinyanın peşmançılığının Rusiyanın silah kreditinə kömək etməsi ehtimalı yoxdur

2021/03/50978-1614754590.jpg
Oxunub: 958     16:24     03 Mart 2021    