“Paşinyanda dövlətin taleyinə qarşı heç olmasa bir damla məsuliyyət qalıbsa, uzaqlaşmalıdır” - Zatulin

2021/01/78733-1610531501.jpg
Oxunub: 1778     12:10     03 Mart 2021    
“Nikol Paşinyanda təxminən 3 il əvvəl rəhbəri olmaq məsuliyyətini üzərinə götürdüyü dövlətin taleyinə qarşı heç olmasa bir damla məsuliyyət qalıbsa, uzaqlaşmalıdır ki, cəmiyyət arasında etimad dərəcəsini hələ də qoruyub saxlamış insanlar Paşinyanın yaratdığı xaosu zərərsizləşdirə bilsinlər”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının “Yedinaya Rossiya” fraksiyasının üzvü, Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin bildirib.

“Bu müddət ərzində Paşinyan rus raketlərindən tutmuş sırada dayanmış hərbçilərə qədər kimi desən günahlandırmağı bacarıb, eyni zamanda erməni xalqının tarixinin ən böyük məğlubiyyətinə görə özünü cavabdeh hesab etməkdən imtina edib”, - deyə Zatulin bildirib.

O qeyd edib ki, Lazar klubu erməni-rus klubudur, Rusiyanın, Ermənistanın, erməni-rus münasibətlərinin taleyinə qarşı laqeyd olmayan insanları toplayıb, Ermənistan vətəndaşlarına və məhz Nikola Paşinyana müraciət edib.

“Biz ona müraciət edərək demişik ki, onda naminə and içdiyi dövlətin taleyinə qarşı heç olmasa bir damla məsuliyyət qalıbsa, o uzaqlaşmalıdır”, - deyə Zatulin qeyd edib.

Zatulin bildirib ki, bu gün Ermənistan yenidən böyük təhlükə qarşısındadır, onu vətəndaş müharibəsinə aparırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Zatulin  

“Paşinyanda dövlətin taleyinə qarşı heç olmasa bir damla məsuliyyət qalıbsa, uzaqlaşmalıdır” - Zatulin

2021/01/78733-1610531501.jpg
Oxunub: 1779     12:10     03 Mart 2021    