“BAE Systems” ABŞ təyyarələri üçün REM vasitələri istehsal edəcək

2021/03/X4PVE-1614751400.jpg
Oxunub: 1863     19:02     10 Mart 2021    
“BAE Systems” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinin F-15 döyüş təyyarələri üçün radioelektron mübarizə (REM) vasitələri istehsal edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilənin ümumi dəyəri 58 milyon ABŞ dolları dəyərindədir.

EPAWSS adlanan REM vasitələri təyyarələrin istehsalçısı olan “Boeing” şirkətinə veriləcək.

Sistem pilotların mübahisəli hava məkanındakı təhdidləri izləməsinə və aldatmasına imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAE   ABŞ  


Bizi "telegram"da izləyin