Türkiyə Pakistanla birlikdə raket və döyüş təyyarələri istehsal etmək niyyətindədir

2018/04/45654_1524297473.jpg
Oxunub: 1593     11:38     03 Mart 2021    
Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri yanvar ayında müdafiə sənayesində əməkdaşlıqla bağlı görüşlər keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, tərəflər görüşlərin keçirildiyini rəsmi olaraq təsdiqləyib.

Görüşlər zamanı Türkiyə və Pakistan rəsmiləri birgə raket və döyüş təyyarələri istehsal etmək məsələsini müzakirə ediblər. Tərəflər arasında hər hansı bir razılaşmanın olması barədə məlumat verilməyib.

“Bloomberg”ə anonimlik şərti ilə rəsmilərdən biri bildirib ki, Ankara “Siper” uzun mənzilli Zenit-Raket Kompleksi və beşinci nəsil TF-X döyüş təyyarələrini inkişaf etdirməkdə İslamabadı strateji müttəfiq və potensial tərəfdaş kimi görür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Pakistan  

Türkiyə Pakistanla birlikdə raket və döyüş təyyarələri istehsal etmək niyyətindədir

2018/04/45654_1524297473.jpg
Oxunub: 1594     11:38     03 Mart 2021    