Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla videokonfrans formatda baş tutan görüşündə bildirib.
Məlumata görə, danışıqlar zamanı Türkiyə ilə Fransa arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
“İki güclü NATO müttəfiqi olaraq, Avropadan Qafqaza, Yaxın Şərqə və Afrikaya qədər uzanan geniş bir ərazidə təhlükəsizlik, sabitlik və sülhü təmin etmək səylərinə əhəmiyyətli töhfə verə bilərik. Ölkələrimizi və vətəndaşlarımızın təhlükəsizliyini təhdid edən terror təşkilatlarına qarşı birgə mübarizə apara bilərik. Türkiyə ilə Fransanın bütün bu məsələlərdə həmrəylik içində hərəkət etməsini istəyirik”, - Ərdoğan belə deyib.
Türkiyə Prezidenti bu il Ankara Sazişinin imzalanmasının 100 illiyini qeyd etdiyini xatırladıb. Türkiyə və Fransa liderləri arasındakı dialoqun hər zaman əhəmiyyətli bir rol oynadığını da sözlərinə əlavə edib.
Sevinc Əliyeva
Ordu.az