Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz həcmində əlavə edilib

2021/01/sadas-1610384824.jpg
Oxunub: 2605     18:05     02 Mart 2021    
Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, Müdafiə nazirinin müvafiq əmrinə əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.

Müdafiə Nazirliyindən Ordu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu  

Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz həcmində əlavə edilib

2021/01/sadas-1610384824.jpg
Oxunub: 2606     18:05     02 Mart 2021    