"Onların tapşırığı Paşinyanı bir neçə aylıq hakimiyyət başında saxlamaqdır" - Qabrielyanov

2021/03/qabri-1614682366.jpg
Oxunub: 1181     15:55     02 Mart 2021    
Rusiyada yaşayan jurnalist, naşir, "Lifenews" xəbər kanalının sahibi, "News Media" nəşriyyat evinin baş direktoru və sədri Aram Qabrielyanov öz teleqram kanalında yeni qeyd yazıb.

Ordu.az xəbər verir ki, o, Ermənistanın daxili siyasi vəziyyəti barədə aşkarlamalar təqdim edib.

"Təxminən bir həftə idi Paşinyanın ətrafında hökm sürən vəziyyətin izahı ilə məşğul idim. Nəhayət erməni siyasi maşınının mexanizmlərini və hərəkətverici qüvvəsini anladım. Paşinyan klassik siyasi tələyə və ya siyasi şəbəkəyə düşüb, bunu onun üçün üç nəfər ustalıqla toxuyub. Bu üç nəfər Baş nazirin üzərində hazırda böyük təsirə malikdir və ustalıqla bundan istifadə edir. Onlar oliqarx Xaçatur Sukiasyan ("Qrzo"), Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryandır. Bugünkü vəziyyətə əsasən, bu üçlük olmadan heç bir vacib qərar qəbul edilmir. Paşinyanın həyat yoldaşı da daxil olmaqla hamı bir kənara atılıb. Onların tapşırığı Paşinyanı bir neçə aylıq hakimiyyət başında saxlamaqdır", - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Böhran  

"Onların tapşırığı Paşinyanı bir neçə aylıq hakimiyyət başında saxlamaqdır" - Qabrielyanov

2021/03/qabri-1614682366.jpg
Oxunub: 1182     15:55     02 Mart 2021    