“Amerika geri döndü”: Baydenin bu sözləri bölgəmizə nə vəd edir?

2021/03/56630-1614681539.jpg
Oxunub: 2456     14:08     03 Mart 2021    
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden ilk növbədə Avropalı müttəfiqlərinə ünvanlanan Münhen Təhlükəsizlik Konfransında ilk xarici siyasət nitqi ilə çıxış etdi.

Trampın narahatlıqla qarşılanan transatlantik ittifaqdakı siyasəti fəlakət yaratdı və bu mənada Bayden rəhbərliyinin dialoqu bərpa etmək üçün başlanğıc mövqeləri o qədər də yaxşı deyil. Bununla yanaşı, Avropa liderlərinin Vaşinqtondan böyük gözləntilərinin olduğu da ortadadır.

“Amerika geri döndü. Transatlantik ittifaq geri döndü”, - deyə Bayden təntənəli sürətdə bəyan etdi.

Vaşinqtonun əsas mesajları bunlardır:

- Transatlantik İttifaq ABŞ və Aİ-nin kollektiv təhlükəsizliyi və ortaq rifahın qurulduğu möhkəm bir təməldir. Birləşmiş Ştatlar bir sıra ümumi məsələləri həll etmək üçün Romadan Riqaya qədər Aİ-nin tərəfdaşları və qitə ölkələri ilə sıx əməkdaşlıq edəcək;

- Əvvəlki kimi birləşmiş, azad və dinc bir Avropa yaratmaq hədəfini dəstəkləyirik. Amerika Birləşmiş Ştatları NATO ittifaqına sadiqdir. Birləşmiş Ştatlar ümumi müdafiəni təmin edən hərbi güc sahəsinə qoyulan Avropa sərmayələrinin artmasını alqışlayır;

- İraq və Əfqanıstan ABŞ və Avropa bu ölkələrin bir daha “Əl-Qaidə” və İŞİD kimi terror təşkilatları tərəfindən dünyanı təhdid edən beynəlxalq terrorizmin mərkəzinə çevrilməsinə icazə verməməlidir;

- ABŞ COVID-19, qlobal iqtisadi böhran, sürətlənən iqlim böhranı və bir çox digər təhdidlərə qarşı çoxtərəfli addımlar atacaq;

- Bu hədəflərə çatmaq, xüsusən də əsas strateji məsələnin həllindən asılı olacaq, ABŞ günün çağırışlarına güc mövqeyindən cavab vermək üçün Amerika öz yenilməz gücünü bərpa etməlidir. Bu o deməkdir ki, ölkənin iqtisadi bazasının möhkəmləndirilməsi, ABŞ-ın beynəlxalq qurumlardakı rolunun bərpası, daxildə və dünyada öz dəyərlərini qoruyub saxlamaq, ölkənin hərbi potensialını modernləşdirmək və eyni zamanda diplomatik arenaya rəhbərlik etmək, ittifaqlar və ortaqlıqlar sahəsində ABŞ şəbəkəsini dirçəltmək, bunun sayəsində dünyanı bütün insanlar üçün təhlükəsiz məkana çevirmək;

- Dördüncü Sənaye İnqilabından qlobal epidemiyaya qədər bütün problemlər qarşısında, avtokratiyanın inkişafın ən yaxşı yolu olduğunu iddia edənlər ilə bu problemləri həll etmək üçün demokratiyanın lazım olduğunu başa düşənlər arasında dönüş nöqtəsinin məqamı gəlib çatıb;

- ABŞ Çin hökumətinin beynəlxalq iqtisadi sistemin əsaslarını zədələyən iqtisadi sui-istifadə hallarına, məcbur etmə taktikasına qarşımüqavimət göstərməlidir. Hamı eyni qaydalarla oynamalıdır;

- Putin Avropa layihəsini və NATO ittifaqını zəiflətməyə çalışır. Transatlantik birliyini və qətiyyətini pozmaq istəyir, çünki Kremlin ayrı-ayrı dövlətlərlə mübarizə aparması güclü və vahid şəkildə birləşmiş transatlantik ittifaqla danışıqlar aparmaqdan daha asandır;

- Bu səbəbdən Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunması, əvvəlki kimi, Avropa və ABŞ üçün həyati əhəmiyyət daşıyır. Bu səbəbdən ABŞ-da, Avropada və dünyada haker hücumlarına qarşı mübarizə ABŞ və Avropanın kollektiv təhlükəsizliyi üçün son dərəcə vacib hala gəlib;

- Problem qətiyyən Şərqi Qərbə qarşı qoymaq deyil. Problem ABŞ-ın bir münaqişə istəməsində də deyil. ABŞ Soyuq Müharibənin refleksiv reaksiyasına və sərt ittifaqlar dönəminə qayıda bilməz və etməməlidir. Rəqabət mübarizəsi hər kəsi narahat edən mövzularda əməkdaşlığa mane olmamalıdır;

- ABŞ İranın nüvə proqramı ilə bağlı 5 + 1 qrupu ilə danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb. ABŞ, həmçinin İranın Yaxın Şərqdəki sabitliyi pozan fəaliyyətləri mövzusunu həll etməli, Avropa və digər tərəfdaşlarla sıx əməkdaşlıq etməlidir.

Son bir ayda Vaşinqton Cənubi Qafqaz üçün həlledici olan üç ölkə Türkiyə, Rusiya və İrana qarşı mövqelərini və “qırmızı xətləri”ni açıqlayıb.

Gördüyümüz kimi İran istiqamətində Vaşinqton qapını mümkün qədər açıq saxlamağa və başlanğıc nöqtəsi olaraq Tehranın Yaxın Şərq siyasətini yenidən nəzərdən keçirməyə çalışdığı 5 + 1 ilə İranla arasındakı müqaviləni geri qaytarmağa və daha spesifik olaraq İranın Suriya, İraq və Livandakı təsirlərini minimuma endirməyə çalışır. ABŞ tərəfinin kürdlərin olduğu İraq-Suriya-Türkiyə sərhədində, daha doğrusu Amerikan nəzarətinin olduğu ərazidə hərbi baza qurmaq niyyətində olduğu da məlumdur.

Rusiya ilə əlaqəli hər şey artıq tamamilə aydın görünür, burada təmkin, güc mövqeyindən dialoq, məhdud sayda məsələ ətrafında məhdud əməkdaşlıq, təkcə Ukrayna ilə deyil, həm də Navalnı, kimyəvi silah, korrupsiya, ABŞ və müttəfiqlərin daxili işlərinə müdaxilə kimi digər məsələlərlə bağlı sanksiyaların genişləndirilməsi, həmçinin “qırmızı xətlər” kəsişəndə müvafiq cəza nəzərdən keçirilir.

Cənubi Qafqaza gəlincə, yuxarıda göstərilən siyasi konturların obyektiv olaraq bölgəmizin strateji əhəmiyyətini və dəyərini kəskin şəkildə artırdığı göz qabağındadır. Bununla birlikdə, aydın prioritetlər və alqoritmləri baxımından atılacaq addımlara aydınlıq gətirilməsi hələ də kifayət qədər deyil.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Cənubi-Qafqaz  

“Amerika geri döndü”: Baydenin bu sözləri bölgəmizə nə vəd edir?

2021/03/56630-1614681539.jpg
Oxunub: 2457     14:08     03 Mart 2021    