Ermənistan ordusuna iki müharibə və itkilər dərs olmadı?

2020/10/armen-1603168753.jpg
Oxunub: 1374     10:45     03 Mart 2021    
Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefası haqqında fərman layihəsini narazılıqla geri qaytarıb, lakin hökumət dərhal prezidentin etirazlarının əsassız olduğunu açıqlayaraq Prezident İqamətgahına geri qayatrıb. Öz növbəsində, prezidentin bu addımı “Vətən Qurtuluş Hərəkatı” sıralarında heç vaxt olmadığı qədər rüh yüksəkliyi yaradıb.

“İsgəndər” qalmaqalından sonra Ermənistan Baş Qərargahı niyə üsyan qaldırdı? Həm də, məsələn, döyüş əməliyyatları günlərində və ya üçtərəfli bəyanatın açıqlanmasından sonra, 17-lik xilasedici və hərbçilərin fikrincə, Nikol Paşinyan əsassız, xəyanətkarcasına əmrlər verərkən ölkəni məğlubiyyətə apardığı və s. dövrlərdə belə bir addım atılmadı. Heç kim bilməsə də, hərbçilər bunu daxildən bilməli idi.

“Lragir” nəşri yazır ki, 9 Noyabrdan sonra “məğlubiyyət və xəyanət günahı” Moskvadan bol maddi, təbliğat və şantaj xarakteri alan erməni daxili qarşıdurmasının yeganə mövzusu olaraq qalır.

“Ermənistana qarşı amansız təbliğat, o cümlədən erməni soyadları ilə olan təbliğatçılar, xüsusi xidmət orqanları ilə əlaqəli teleqram kanalları və Ermənistandakı rus-erməni mediası Moskvanın narahatlığını ifadə edir.

Rusiya Qarabağ müharibəsində ağır siyasi, nüfuz və hərbi zərbə alıb. Moskva müttəfiqinin təslim edilməsi, müqavilə öhdəliklərindən imtina, silahlanma ilə bağlı məqamları şiddətli təbliğat və təhdidlərlə kompensasiya etməyə çalışır. 2016 və 2020-ci illərdəki müharibələr göstərir ki, (üstəlik, ovaxtkı və indiki siyasi və hərbi rəhbərliyin açıqlamaları bunu sübut edir) Ermənistana silah tədarükü ilə paralel olaraq, Bakıya bunların istifadəsi baxımından zəmanət verilirdi, Ermənistan-Rusiya birgə HHM sistemi və hərbi qruplaşma, erməni təşəbbüskarlığını məhdudlaşdırmaq mənasında əlavə zəmanətlərdir. Başqa sözlə, problem yalnız Rusiya silahlanmasının keyfiyyətində deyil, həm də siyasi tərəfindədir.

Bu, 2020-ci il müharibəsində daha aydın görünürdü. Moskva Ermənistan ordusu üzərindəki təsirini qorumaqla məsuliyyəti öz üzərindən atmaq istəyir. Ordu məsələsi, 2021-ci il 16 mart tarixində müqavilənin bitməsi ərəfəsində türklərlə proqramların rahat şəkildə həyata keçirilməsi üçün xüsusilə vacibdir. Bu səbəbdən Baş nazirin “İsgəndər”lə bağlı sözləri vəziyyəti “partlatdı”. Ermənistandakı absurd və gülünc reaksiyaların əksinə olaraq, bu, Rusiyada düzgün başa düşülən bir eyham idi. Üstəlik, erməni hərbçilərinin şərhləri yumşaq desək daha qəribə ldi.

Ermənistan, təhlükəsizlik və müdafiə siyasətini dəyişdirməyə çalışarsa, Moskva yeni bir müharibə ilə təhdid etdi. Bu, həqiqətən, ruslar üçün ölüm-dirim məsələsidir, eyni zamanda Ermənistan üçün də bu belədir. (bu “erməni-rus maraqlarının təsadüfüdür”). Erməni ordusunun sırf Rusiya kanalları vasitəsilə bərpası baş verərsə və NATO, o cümlədən digər ölkələrlə hərbi əməkdaşlıq imkanlarına məhəl qoyulmazsa, bu, Türk ordusunun davamlı texnoloji inkişafı şəraitində, erməni ordusunun texnoloji modernləşmə imkanlarından məhrum olması deməkdir.

Həmin zamana qədər ruslar, hökumətin üzr istəməsi və 17-lərin motivasiyası şəraitində Ermənistandakı daxili qarşıdurmanı gərginləşdirməyə nail olmağı bacarırır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Ermənistan ordusuna iki müharibə və itkilər dərs olmadı?

2020/10/armen-1603168753.jpg
Oxunub: 1375     10:45     03 Mart 2021    