Ermənistan prezidenti pat vəziyyətində: O, Qasparyana görə istefaya gedəcək?

2021/02/MyCol-1614332743.jpg
Oxunub: 2220     16:13     02 Mart 2021    
“Mövcud faktların və məlumatların birləşdirilməsi və müqayisəsi nəticəsində Ermənistanın Baş naziri bu vəziyyət barədə lazımi səviyyədə məlumatlandırılmadığı qənaətinə gəlib. Üstəlik, Baş nazirin açıqlamasının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsindəki Ermənistan-Rusiya müttəfiq münasibətlərinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahları sırasındadır. Ermənistan Respublikası hərbi sənaye, yüksək texnologiyalar sahələrində Rusiya Federasiyası ilə sıx əməkdaşlığı davam etdirir və bunun daha da dərinləşdirilməsi üçün addımlar atmaq niyyətindədir”

Bu fikri Ermənistan Baş nazirinin mətbuat katibi bildirib, mövzu isə Nikol Paşinyanın “İsgəndər” və bu silahın raketləri ilə bağlı məlum ifadəsidir.

Necə deyərlər, olduqca yöndəmsiz, qeyri-ciddi, təhlükəli bir vəziyyət olduğu ortaya çıxır. Hər halda, mətbuat katibinin izahatı bir sıra suallar doğurur və müxtəlif fərziyyələrə yol açır. Birincisi, sual yaranır, səhv məruzə edən şəxs kimdir, yaxud səhv məruzə edən hansı qurumdur? Paşinyanın “İsgəndər”lə bağlı açıqlamasından sonra onu istefaya çağıran yüksək rütbəli hərbçilər və Baş Qərargahın ünvanına eyham vurulurmu? Səhv məruzə, səhv mövqe, ictimaiyyətə açıq bir şəkildə məlumatlandırma, bundan sonra isə belə bir çağırış və ya açıqlama üçün şərait yaradılmaqla təxribata yol verilibmi?

Digər tərəfdən, ola bilərmi ki, həqiqətən səhv bir məruzə yoxdur, sadəcə öz sözünü inkar etmək, zərbəni öz üzərinə götürməklə “İsgəndər”in və Rusiya hərbi sənayesinin nüfuzunu “xilas etmək” üçün Rusiyadan belə deyilməsi üçün tələb var. Bünun müqabilində isə Rusiya öz təsirindən istifadə edərək və belə demək mümkünsə, hərbi qiyam və ya dövlət çevrilişi təhlükəsini dəf etmək üçün Nikol Paşinyana kömək edəcək.

Yeri gəlmişkən, Paşinyanın mətbuat katibinin “İskəndər”lə bağlı açıqlamasına paralel olaraq Ermənistan Təhlükəsizlik Şurasının iclasının baş tutması diqqət çəkir, iclasın nəticəsi olaraq Təhlükəsizlik Şurası Sarkisyanı Baş Qəraragah rəisinin istefası ilə əlaqədar Paşinyanın təqdimatını imzalamağa çağırış edib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Ermənistan prezidenti pat vəziyyətində: O, Qasparyana görə istefaya gedəcək?

2021/02/MyCol-1614332743.jpg
Oxunub: 2221     16:13     02 Mart 2021    