“Sizin qarşınızda sıravi əsgər dayanmayıb, “İsgəndər” müharibə zamanı atəş açıb” - Movses Hakobyan

2019/12/movse-1576663701.jpg
Oxunub: 12826     16:06     02 Mart 2021    
“Rus tərəfinin niyə bənzər bəyanatla çıxış etdiyini bilmirəm, şərh edə bilmərəm”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin “İsgəndər”lə bağlı bəyanatına toxunarkən Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi, general-polkovnik Movses Hakobyan deyib.

Jurnalistin “Cənab Hakobyan, faktiki olaraq Rusiya MN həm sizin, həm də Paşinyanın “İsgəndər”in istifadə olunması barədə bəyanatlarını təkzib etdi” sözlərinə Movses Hakobyan belə münasibət bildirib: “Sizin qarşınızda sıravi əsgər dayanmayıb ki, dəqiqləşdirilməmiş məlumatı desin”.

“Elə buna görə soruşuruq” ifadəsinə cavab olaraq Hakobyan bildirib: “Mən də cavab verirəm və iddia edirəm ki, “İsgəndər” müharibə zamanı atəş açıb. Bu qədər, qalanına gəlincə, kim, niyə, bu, mənim problemim deyil”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

“Sizin qarşınızda sıravi əsgər dayanmayıb, “İsgəndər” müharibə zamanı atəş açıb” - Movses Hakobyan

2019/12/movse-1576663701.jpg
Oxunub: 12827     16:06     02 Mart 2021    