ABŞ və Yunanıstan arasında imzalanan müdafiə haqqında əməkdaşlıq müqaviləsi yenilənir

2021/03/ABD-Y-1614665442.jpg
Oxunub: 839     16:10     02 Mart 2021    
Yunanıstan və ABŞ arasında mövcud “Qarşılıqlı Müdafiə haqqında Əməkdaşlıq Sazişi”nin yenilənməsi və əhatə dairəsinin genişləndirilməsi üçün danışıqlar aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerin” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşr, Afinanın Vaşinqtonla müdafiə əməkdaşlığını inkişaf etdirərək Şərqi Aralıq dənizi və Balkanlarda daha böyük rol oynamaq istədiyini bildirir. 1990-cı ildə imzalanan və 2019-cu ilin oktyabrında yenilənən müqavilə mövcud danışıqlar nəticə verərsə, üçüncü dəfə genişləndiriləcək.

Müqavilə çərçivəsində, Giritdəki Suda hərbi bazasının genişləndirilməsi və modernləşdirilməsi, Larisa hava limanının yenilənməsi, Stefanovikeio aviabazasında daha çox PUA və ya tanker təyyarəsinə sahib olma ehtimalı, ABŞ-ın ölkədəki hər hansı bir hərbi obyektdən istifadə etmə fürsəti olacağı nəzərdə tutulur.

Yunan mətbuatında yer alan xəbərlərə görə, yeniləmədə ən diqqət çəkən məqam ABŞ-ın Yunanıstandakı yeni hərbi bazalardan və düşərgələrdən istifadə tələbidir. “Kathimerin” nəşrinin mənbələrinə görə, Suda, Stefanovicio, Larissadan başqa ABŞ-a ümumilikdə 23 baza və ya düşərgə açmaq üçün danışıqlar aparılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yunanıstan  

ABŞ və Yunanıstan arasında imzalanan müdafiə haqqında əməkdaşlıq müqaviləsi yenilənir

2021/03/ABD-Y-1614665442.jpg
Oxunub: 840     16:10     02 Mart 2021    