İsveçrə 120mm-lik “Cobra” minaatan sistemləri və zirehli texnikalar alır

2021/03/ruag--1614665032.jpg
Oxunub: 874     16:03     08 Mart 2021    
İsveçrə Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələri üçün yeni 120 mm-lik “Cobra” minaatan sistemlərinin alınmasına razılıb verib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, minaatanlar hazırda inkişaf mərhələsindədir.

İsveçrə Müdafiə Nazirliyi tərəfindən təsdiqlənən və 2020-ci ilin martında taktiki qabiliyyətləri sınaqdan keçirilən “Cobra”ların 2024-cü ildən etibarən birliklərə təslim ediləcəyi gözlənilir.

Nazirlik “General Dynamics European Land Systems” və RUAG AG şirkəti ilə 32 minaatan və daşıyıcı vasitəsinin istehsal edilməsi üçün müqavilə imzalayıb. Ümumi dəyəri 367 milyon avro olduğu təxmin edilən müqavilədə 12 yük maşını, döyüş sursatı, maddi-texniki təchizat, “Pirhana IV” zirehli texnikasının yer aldığı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsveçrə  

İsveçrə 120mm-lik “Cobra” minaatan sistemləri və zirehli texnikalar alır

2021/03/ruag--1614665032.jpg
Oxunub: 875     16:03     08 Mart 2021    