Sinqapur avtonom dəniz platformalarını sınaqdan keçirib

2021/03/66466-1614664902.jpg
Oxunub: 969     21:35     02 Mart 2021    
Sinqapur ölkə daxilində inkişaf etdirilmiş, süni zəka ilə təchiz olunan naviqasiya alqoritmi ilə işləyən avtonom dəniz platformalarını sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Sınaqların başa çatmasından sonra Sinqapur Hərbi Dəniz Qüvvələrinə 4 ədəd avtonom dəniz platformasının tədarük edilməsi gözlənilir.

Bildirilir ki, yeni avtonom platformalar strateji cəhətdən əhəmiyyətli sularda gecə-gündüz dəniz təhlükəsizliyi əməliyyatları üçün istifadə ediləcək.

Sinqapur platformanın mənşəyi barədə ətraflı məlumat verməyib, lakin “Janes” portalı əvvəllər 16.9 metr uzunluğundakı platformanın Tayvanın “Lung Teh Shipbuilding” şirkəti tərəfindən hazırlandığını bildirmişdi.

Dəniz platforması 12.7 mm pulemyot, lazer cihazı və axtarış işıqları kimi uzun mənzilli akustik cihazla təchiz edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sinqapur  

Sinqapur avtonom dəniz platformalarını sınaqdan keçirib

2021/03/66466-1614664902.jpg
Oxunub: 970     21:35     02 Mart 2021    