Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” hərbi sənaye kompleksindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, layihənin hazırlanması “Kronştadt” şirkəti tərəfindən aparılır.
Sistemlər rəqibin hava hücumundan müdafiəsini sıradan çıxarmaq və ya pilotlu təyyarələrlə birlikdə radioelektron müharibə aparması üçün nəzərdə tutulub.
Kompleksin yüksək dəqiqliklə idarə olunan döyüş sursatları daşıya biləcəyi qeyd olunur. Yeni PUA “stels” texnologiyaya (radarda görünməyən və ya az görünən) sahib olacaq, uzunluğu 1,5 metrə, qanadlarının uzunluğu 1,2 metrə çatacaq.
Sevinc Əliyeva
Ordu.az