Erməni ictimai xadim: “Türkiyə Ermənistana qoşun yeritməklə təhdid edir”

2021/03/74170-1614591661.jpg
Oxunub: 1561     17:40     01 Mart 2021    
“Türkiyə Ermənistanda çevriliş cəhdlərinin qəbuledilməz olduğunu deyir, yəni demək istəyir ki, Ermənistanda hakimiyyəti götürmüşük və güc yolu ilə verməyəcəyik və nə qədər qətiyyətli olduqlarının məlum olması üçün sərhədlərimiz yaxınlığında hərbi təlim keçirirlər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Adekvat” ictimai təşkilatının rəhbəri Artur Danielyan deyib

O qeyd edib ki, Türkiyə Suriyanın Afrin bölgəsinə qoşun yeridərkən bunu öz sərhədləri yaxınlığındakı qeyri-sabitliklə əsaslandırmışdı, bu, onların milli təhlükəsizliyinə təhdid idi və beynəlxalq ictimaiyyət bununla problem yaşamadı.

“İndi Türkiyə seçkilərdə yenidən qalib gələcəklərini yaxşı bilərək iddia edir ki, Ermənistanda hakimiyyət yalnız seçkilərlə dəyişə bilər.

İstənilən başqa ssenaridə hakimiyyət dəyişsə, Türkiyə Ermənistanı qoşun yeritməklə təhdid edir. Vəziyyət budur”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Erməni ictimai xadim: “Türkiyə Ermənistana qoşun yeritməklə təhdid edir”

2021/03/74170-1614591661.jpg
Oxunub: 1562     17:40     01 Mart 2021    