Ordu.az xəbər verir ki, reportajda Paşinyanın “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin “10 faiz partlamış raketləri” barədə qalmaqallı bəyanatı xatırladılıb.
“Baş nazir Baş Qərargah rəisinin istefasını tələb edən sənədlərlə prezidentin ofisini “bombalayır”. Baş verən prosesin motivlərini başa düşmək lazımdır. Raket komponenti böyük deyil, amma həm də mövcuddur”, - deyə reportajın əvvəlində “Воскресное Время” xəbər proqramının aparıcısı Vitali Yeliseyev qeyd edib.
Reportaj müəllifinin sözlərinə görə, hərbi ekspertlərin gözləri təəccübdən alınlarına uçub.
Alpər Mövludoğlu
Ordu.az