Ordu.az xəbər verir ki, bu barədə ermənilərə məxsus “Mediaport” kanalı məlumat yayıb.
Kanal qeyd edir ki, Paşinyanın həyat yoldaşı Anna Hakobyan Babayanın lobbiçiliyi ilə məşğul olur.
“Babayanın mümkün təyinatı nazirlikdə narazılıq yaradıb, çünki sonuncuya qarşı generallarda və zabit heyətində dərin etiraz var. Müdafiə Nazirliyindən Paşinyana başa salıblar ki, bu təyinat ona qarşı artan gərginliyi daha da ağırlaşdıracaq”, - deyə kanal bildirib.
Alpər Mövludoğlu
Ordu.az