Ermənistanın BQ rəisi və prezidenti Təhlükəsizlik Şurasının iclasında iştirak etmirlər

2021/03/74173-1614590060.jpg
Oxunub: 917     13:13     01 Mart 2021    
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ermənilərə məxsus “Mediaport” teleqram kanalı məlumat yayıb.

Kanalın müxbiri qeyd edib ki, hökumət binasına daxil olmuş rəsmilər arasında prezident və Baş Qərargah rəisi olmayıb.

“Daha öncə bildirmişdik ki, hakimiyyət daxilində xaos var: Paşinyan səhər saatlarında Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Güc strukturları və komandir heyəti Nikol Paşinyanın göstərişlərini icra etməkdən imtina edir, orduya qarşı çıxmayacaqlarını əsas gətirirlər”, - deyə kanal bildirib.

Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb ki, iclasda xarici və daxili təhlükəsizlik gündəmi, çətinliklər və bunların aradan qaldırılması yolları ilə bağlı məsələlər müzakirə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Ermənistanın BQ rəisi və prezidenti Təhlükəsizlik Şurasının iclasında iştirak etmirlər

2021/03/74173-1614590060.jpg
Oxunub: 918     13:13     01 Mart 2021    