Şəhid ailələri və qazilərin mənzillə təminatı 5 dəfəyə yaxın genişlənəcək

2021/03/photo-1614585424.jpg
Oxunub: 1130     11:56     01 Mart 2021    
Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ordu.az -a verilən məlumata görə, 2018-ci ildə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50% çox olmaqla 934 mənzil və fərdi ev verilib.

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə əvvəlki illə müqayisədə 70%-ə yaxın çox olmaqla 1572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

2021-ci ildə isə 2018-ci ilə nisbətən bu proqram 5 dəfəyə yaxın genişlənəcək. Bu il 3 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim ediləcək. Ümumilikdə bu vaxta qədər 9200-dək mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Şəhid ailələri və qazilərin mənzillə təminatı 5 dəfəyə yaxın genişlənəcək

2021/03/photo-1614585424.jpg
Oxunub: 1131     11:56     01 Mart 2021    