Ordu.az xəbər verir ki, saat 18:00 radələrində İrəvan-Armavir avtomobil yolunun 17-ci km hissəsində İrəvan sakini, 33 yaşlı Artak Xloyanın idarə etdiyi “Nissan” markalı avtomobil və Armavir vilayətinin Bağramyan kənd sakini, 22 yaşlı Abqar Manavazyanın idarə etdiyi “Hayasa” markalı motosiklet toqquşub.
Toqquşma nəticəsində motosiklet yanı üstə aşıb, motosiklet sürücüsü və onun sərnişini, həmkəndlisi, 21 yaşlı Artur Harutyunyan bədən xəsarətləri ilə “Vağarşapat” tibb mərkəzinə köçürülüb.
Məlumata görə, “Nissan”ın sürücüsü A.Xloyan Ermənistan Milli Təhlükəsizlik Xidmətində işləyir və qəzanın günahkarı o olub.
Alpər Mövludoğlu
Ordu.az