Ermənistan ordusunun bir sıra keçmiş və indiki zabitləri də Paşinyanın istefası tələbinə qoşulub - ƏTRAFLI

2021/02/gds-1612261656.jpg
Oxunub: 631     11:57     01 Mart 2021    
Məlum olduğu kimi, Ermənistan ordusunun Baş Qərargahı bəyanat yayaraq Paşinyanın istefasını tələb edib. Bəyanatı Ermənistan Baş Qərargah rəisi, müavinləri, korpus komandirləri və bir sıra digər ordu rəsmiləri imzalayıb.

Ordu.az xəbər verir ki, sonradan bəyanata Ermənistan ordusunun bir sıra keçmiş zabitləri də qoşulub.

Ermənistanın Qarabağda yerləşdirdiyi qanunuz “hərbi birləşmə”nin keçmiş komandiri, ehtiyatda olan general-mayor Vladik Xaçatryan da Paşinyanın istefasını tələb edib.

“Mən döyüş yoldaşlarımın yanındayam və birmənalı olaraq Baş Qərargahın tələbinə qoşuluram”, - deyə o qeyd edib.

Xaçatryan bunun siyasətə müdaxilə, üstəlik də silahlı çevriliş cəhdi olduğunu düşünmədiyini bildirib.

Aprel döyüşlərində və 44 günlük müharibədə iştirak edən Ermənistanın “Hayduk” dəstəsi də Paşinyanın istefası tələbinə qoşulub. Bu barədə dəstənin üzvləri bəyanat yayıb.

Ermənistanın Qarabağda yerləşdirdiyi “qanunsuz hərbi birləşmə”nin keçmiş komandiri olan Calal Harutyunyan ordunun yanında olduğunu bildirib: “Mən doğuşdan ordu adamıyam, ordunun yanındayam və həmişə belə olacaq, bu mərhələdə hər hansı təxribata təslim olmayacağam”

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Haykaz Bağmanyan Baş Qərargahın generallarının, zabitlərinin, Silahlı Qüvvələrin bölmələrinin komandirlərinin bəyanatına qoşulub.

Bağmanyan bildirib ki, Onik Qasparyanın addımları ciddi şəkildə məntiqlidir.

Birinci Qarabağ müharibəsində iştirak edən Ermənistan ordusunun 5-ci briqadasının bir sıra zabitləri, eləcə də keçmiş döyüşçüləri və əsgərləri də Paşinyanın istefası tələbinə qoşulurlar. Bununla bağlı sözügedən briqada bəyanatla çıxış edib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri öz komandirləri və şəxsi heyətləri ilə Nikol Paşinyanın istefası tələbi haqqında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının 25 fevral tarixli bəyanatına qoşulub. Bu barədə fevralın 27-də İrəvanda, Bağramyan prospektində Daşnaksütun üzvü Qeğam Manukyan bildirib.

3-cü müqaviləli taborun zabitləri, keçmiş döyüşçüləri və əsgərləri də Nikol Paşinyanın istefası tələbinə qoşulurlar.

Ermənistan Müdafiə Nazirliyinin V. Sarkisyan adına hərbi universitetinin keçmiş rəisi, təqaüddə olan general Armen Qəhrəmanyan Silahlı Qüvvələrin Baş Qərargahına dəstəyini bildirib və Paşinyanın istefası tələbinə qoşulub: “Birmənalı olaraq dəstəyimi bildirirəm. Baş Qərargah rəisi və bəyanatın altını imzalamış zabit heyəti bəyan etdiyini birmənalı olaraq düzgün deyib”.

Qanunsuz “hərbi birləşmə”nin keçmiş hərbçiləri bəyanatla çıxış ediblər, Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatını alqışlayıblar. Söhbət Arşavir Qaramyan, Samvel Karapetyan - Oqanovski, habelə “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyadan gedir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Ermənistan ordusunun bir sıra keçmiş və indiki zabitləri də Paşinyanın istefası tələbinə qoşulub - ƏTRAFLI

2021/02/gds-1612261656.jpg
Oxunub: 632     11:57     01 Mart 2021    