Onik Qasparyanı kim əvəz edə bilər?

2021/01/13131-1610002742.jpg
Oxunub: 1298     15:18     01 Mart 2021    
Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan prezidenti Armen Sarkisyana Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etmək təklifini imzalamağı təklif edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyanın təklifi geri göndərməsinə baxmayaraq, hakim qüvvə Ermənistan Silahlı Qüvvələrinin növbəti Baş Qərargah rəisinin kim olacağını artıq müzakirə edir.

Məlumata görə, bu anda iki ad - Ermənistan Baş Qərargah rəisinin müavini Andranik Makaryan (yeri gəlmişkən, Paşinyanın istefası tələbinə qoşulmamışdı) və Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Calal Harutyunyanın namizədliyi nəzərdə keçirilir.

Qeyd edək ki, Paşinyan Baş Qərargah rəisini vəzifədən azad etmək vəsatətini Armen Sarkisyana yenidən göndərib.

“Hörmətli həmvətənlər: Respublika prezidenti Ermənistan Sailahlı Qüvvələrinin Baş Qərargah rəisini vəzifədən azad etmək sərəncamının imzalanmasını etirazlarla Baş nazirin administrasiyasına geri göndərib. Bu qərar yaranmış vəziyyətin həllinə töhfə vermir. Mən müəyyənləşdirilmiş qaydada Baş Qərargah rəisini vəzifədən azad etmək vəsatətini Respublika prezidentinə yenidən göndərirəm, onun müəyyənləşdirilmiş qaydada imzalanacağını gözləyirəm”, - deyə Paşinyan öz “Facebook” səhifəsində yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Onik Qasparyanı kim əvəz edə bilər?

2021/01/13131-1610002742.jpg
Oxunub: 1299     15:18     01 Mart 2021    