“27 Oktyabr”dan sonra “1 Mart”: Köçəryanın qanlı hakimiyyətinin trayektoriyası

2021/03/Untit-1614584159.jpg
Oxunub: 812     14:10     01 Mart 2021    
Bu gün ən yeni Ermənistan tarixinin bəlkə də ən faciəli günlərindən biridir. Artıq 13 ildir ki, Ermənistanda “1 Mart” baharın gəlişi, təbiətin oyanması ilə deyil, hakimiyyətin qanlı intiqamı, öz vətəndaşlarına qarşı törədilmiş cinayəti ilə əlaqələndirilir.

“1in.am” nəşri yazır ki, işğalçı hakimiyyətin belə hakimiyyətdə olduğu on il ərzində iki qanlı qırğının, dövlətçiliyə qarşı yönəlmiş görünməmiş cinayətlərin müəllifi ola bildiyini təsəvvür etmək belə çətindir.

““27 Oktyabr” Ermənistanın dövlət ağsaqqalar şurasına, suverenlik ideyasını və dəyərini özündə daşıyan elitaya qarşı ünvanlanmış addım idi.

O gün üçüncü respublikanın son teli kəsildi. Yalnız bu yolla Ermənistanda Robert Köçəryanın hakimiyyətinin möhkəmləndirilməsi mümkün oldu. Sonuncu Ermənistanın suverenliyi, ləyaqəti hesabına “ingilis kralı”ndan avtoritar rəhbərə çevrildi. Ermənistanın ikinci prezidentinin istəkləri Moskvanın Ermənistanın suverenliyini ləğv etmək, ölkəmizi işğal etmək istəyi ilə üst-üstə düşməyibsə, yalnız Robert Köçəryanın ehtirasının, xəsisliyinin, varlanmaq üçün doymaz maniyasının “27 Oktyabr”ın motivi ola bilmədiyini qeyd etmək üçün fürsətə sahib olmuşuq.

“27 Oktyabr” Moskvanın və Robert Köçəryan hakimiyyətinin Ermənistanın dövlətçiliyinə, suverenliyinə qarşı birgə cinayətidir.

Lakin bənzər görünməmiş cinayətdən sonra belə Ermənistan cəmiyyəti öz subyektiliyini qoruyurdu, Ermənistanın işğalına mane olurdu. Köçəryan hakimiyyəti, Moskva 2003-2004-cü illərdə, 2008-ci ilin ümumxalq hərəkatının oyanışı günlərində güclü ictimai müqavimətlə rastlaşdı. “1 Mart” “27 Oktyabr”ı tamamlamaq üçün gəldi.

“1 Mart” dövlətçiliyin və azadlığın əsas qalasının cəmiyyətə qarşı qanlı intiqamı idi. Rus imperiyası, onun tabeçisi, xarici rejim başa düşdü ki, Ermənistan cəmiyyətinin müqaviməti, subyektivliyi məhv olmayınca, ölkəmizin son işğalı, itaəti mümkünsüzdür. Təsadüfi deyil ki, “1 Mart” qanlı qırğını, Ermənistan vətəndaşlarının güllələnməsi Moskvadakı Putin-Köçəryan görüşündən sonra baş verdi. Bu gün Ermənistanın 10 qürurlu vətəndaşının məzarı, ölməz xatirəsi önündə baş əydiyimiz anım günüdür.

Eyni zamanda bu gün “Nə qədər ki, “27 Oktyabr” və “1 Mart” tam şəkildə aşkara çıxarılmayıb, Ermənistan öz azadlığını və ləyaqətini yenidən tapmayacaq” əmin və dəqiq şüuru ilə mübarizə və qətiyyət günüdür.

Hakimiyyət dəyişikliyindən sonrakı Ermənistanda “1 Mart”ın aşkara çıxarılması prioritetə çevrilib, bu hadisələrin əsas cavabdehi Robert Köçəryanı dəmir barmaqlıqlar izləyir və bu gün cəmiyyət onu narahat edən bir çox suallarını cavablarını almaq üçün mühakimənin nəticəsini gözləyir. Bu sualların cavabları nəinki konkret cinayətlə bağlı bir çox hallara işıq səpəcək, həmçinin qanlı onilliyin simvolik rejiminin hüquqi-siyasi qiymətləndirməsini tamamlayacaq”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

“27 Oktyabr”dan sonra “1 Mart”: Köçəryanın qanlı hakimiyyətinin trayektoriyası

2021/03/Untit-1614584159.jpg
Oxunub: 813     14:10     01 Mart 2021    