Ermənistanda icevanlı iki nəfər arasındakı şəxsi dava

2021/03/timth-1614583045.jpg
Oxunub: 1396     12:43     01 Mart 2021    
Erməni mətbuatı yazır ki, 10 noyabrdan sonra bir çox şəxs zaman-zaman Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanın danışacağı vaxtı gözləyirdi.

Ermənistanda müharibədən sonrakı təhlükəsizlik problemləri nə qədər artırdısa, ölkənin müqaviməti bir o qədər zəifləyir və Baş Qərargah rəisinə qarşı səssiz qalmama tələbləri daha sərt hala gəlirdi. Bəziləri tələb etməkdən ittiham etməyə, intihara çağırdı, erməni cəmiyyətinin kiçik bir hissəsi də, generalın susması ilə razılaşmayaraq, Müdafiə Nazirliyinin indiki rəhbərliyini göz önünə alaraq, Onik Qasparyanın Baş Qərargah sükanında olmamasının ordu üçün daha pis olacağını düşünərək müdafiəyə davam edirdi.

“168.am” nəşri yazır ki, danışmalı olması və Nikol Paşinyana qarşı çıxış tələbləri ədalətli idi.

“Onik Qasparyan “məcburi” dövrdə danışmamağı, ordunu daxili siyasi proseslərdən uzaq tutma məntiqində Nikol Paşinyanın istefasını tələb etməməyi düşünürdü. O, tipik bir hərbi xadimdir, ordunun siyasiləşməsinə qarşı kəskin münasibət göstərir. İkincisi, hərbçilər bu və ya digər addımı atmadan əvvəl ən azından özləri ilə bağlı vəziyyətdə hesablamalar aparmağa vərdiş ediblər, üçüncüsü, heç kim generalın qərarına təsir edə bilməz və ya onu bu anda etmək istəmədiyi bir şey etməyə razı sala bilməz.

Onik Qasparyanın başçılığı ilə generalların və Baş Qəraragahın bir sıra idarə rəislərinin Nikol Paşinyan və hökumətin istefasını tələb etdiyi Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının ötəngünkü açıqlamasına gəlincə, bu, şübhəsiz, ikiqat ağırlıqlı, yetişmiş, hesablanmış bir qərar idi, səbəb isə ordunun mövcudluğuna yönəlmiş hakimiyyətin atdığı addımlardır. Bu barədə Baş qərargah tərəfindən yayılan açıqlamada deyilir: “Ermənistan Silahlı Qüvvələri uzun müddət mövcud hakimiyyət tərəfindən silahlı qüvvələri nüfuzdan salmağa yönəlmiş “hücumlara” səbirlə dözürdü, lakin hər şeyin öz həddi var”.

Onik Qasparyan Ordu Gününə həsr olunmuş müraciətində, tənqidçilərinə, onlara inamını itirən şəxslərə və açıq şəkildə təhqir edənlərə vəd verərək qeyd edib ki, erməni ordusu qısa vaxtda aldığı yaralardan qısa vaxtda sağalacaq və rəqibə qolunun gücünü göstərəcək, qapılarının astanasına dirənmiş rəqib təxribatlarının qarşısını alacağına və heç kimin bunu onların əvəzinə etməyəcəyinə diqqət çəkib. Onik Qasparyan hakimiyyətə milli və dövlət maraqlarını qorumaq üçün barışmaz mübarizə aparacaqları barədə xəbərdarlıq mesajı göndərmişdi”, - deyə məqalədə qeyd olunur.

Müəllif bildirir ki, Paşinyanın rəhbərliyi altında olan səlahiyyətlilər buna ciddi yanaşmadılar, Müdafiə Nazirliyinin qarşısında müxtəlif aksiyalar təşkil etməyə davam etdilər, itkin düşənlərlə bağlı yalnız Baş Qərargahı günahlandırdılar, məzuniyyətdə olan əsgərləri Qarabağda hərbi xidmətə çağırmadılar.

“Bütün bunların kontekstində hərbi hissələrdə nizam-intizamsızlıqlar daha tez-tez baş verdi, zabitlər nüfuzdan salındı, təcrübəli və sərt hərbçi xadim olaraq Onik Qasparyan yaranmış vəziyyətə uzun müddət dözə bilməzdi. Qarabağa çağırış aparılmaması təbii ki, onun ürəyincə deyildi, hərbi hissələrdə yayılan qanunsuzluğa, müharibədən qaçanları, hərbi qulluqçuların və zabitlərin yolunu kəsənlərin müharibə qanunu ilə cəzalandırılmamasına qəti şəkildə qarşı çıxır.

Serj Sarkisyanın 2016-cı il aprel döyüşlərindən sonra verdiyi tapşırıqdan irəli gələrək Onik Qasparyan, Vigen Sarkisyanın Müdafiə naziri dövründə ordunun modernləşdirilməsi üçün 2018-2025-ci illəri nəzərdə tutan yeni yeddi illik proqram üzərində işləmiş bir şəxs olaraq, əslində ordunun gələcəyi, ordudakı idarəetmə modelini dəyişdirmək cəhdləri barədə onun iştirakı olmadan Vağarşak Harutyunyan və Andranik Köçəryan çütlüyünün müzakirələrinə dözə bilməzdi.

Başqa sözlə, Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın “təhlükəli bir gülüş” səbəbindən işdən çıxarılması, sadəcə, yığılıb qalanları hakimiyyətin “üzünə atmaq” üçün bir fürsət idi. Sonra nə olacağını zaman göstərəcək, bir şey aydındır: dövlət əslində ordudur, Nikol Paşinyan şəxsiyyəti deyil. Nikol Paşinyan Onik Qasparyanı bir tərəfə, digər tərəfə “haqq qazandırılmayan” etibarını “qoymağa”nə qədər çalışsa da, bu belə deyil, bu, icevanlı iki nəfərin şəxsi davası deyil. Bu ordu naminə və orduya qarşı bir davadır.

Konstitusiyanın 14-cü maddəsində deyilir: “Ermənistan Respublikası Silahlı Qüvvələri Ermənistan Respublikasının müdafiəsini, təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edir”.

Bunun qarşısını almaq isə dövlətə qarşı getməkdən başqa bir şey deyil.

Baş Qərargahın açıqlaması isə nə siyasi bir açıqlama, nə də hərbi çevriliş cəhdi deyil, konstitusiya vəzifələrini layiqincə yerinə yetirmək hüququ uğrunda mübarizədir.

Ancaq Ermənistan, müharibə qurbanlarının 80%-i təcrübəli zabitlər və komandirlərin daxil olduğu ordunun payına düşməsinə baxmayaraq güclü bir orduya sahib ola bilər. Onik Qasparyanın Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri olarkən sınaqdan çıxardığı kimi hücum qrupları yaratmaq üsulu da daxil olmaqla kiçik qüvvələrlə böyük tapşırıqları həll etməyə öyrəşmişik.

Yeri gəlmişkən, təəccüblü bir təsadüf nəticəsində Azərbaycan ordusunun “yenidən təşkili” ilə bağlı müzakirələr başlayıb. Rusiyanın dəstəyi ilə Ermənistan ordusunun modernləşdirilməsinə qarşı çıxan Azərbaycan Prezidenti Azərbaycanın türk ordusunun kiçik bir modelini yaratmağa çalışacağını bildirib”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Ermənistanda icevanlı iki nəfər arasındakı şəxsi dava

2021/03/timth-1614583045.jpg
Oxunub: 1397     12:43     01 Mart 2021    