Çinin Müdafiə Nazirliyi ABŞ-ı əməkdaşlığa çağırdı

2021/03/cin-a-1614580967.jpg
Oxunub: 852     14:22     01 Mart 2021    
Çin hər iki tərəf üçün yeganə düzgün seçim olan qarşılıqlı hörmət əsasında ABŞ-la işbirliyinə ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Çin-ABŞ münasibətləri hazırda vacib bir mərhələdədir. Pekin ilə Vaşinqton arasındakı əməkdaşlıq hər iki tərəf üçün faydalıdır və rəqabət hər iki ölkəyə zərər verəcəkdir", - deyə məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, əməkdaşlıq tərəflər üçün yeganə doğru seçimdir. Hərbi qüvvələr arasındakı münasibətlər ölkələrin münasibətlərinin vacib hissəsidir.

“Ümid edirik ki, ABŞ Çin ilə əməkdaşlıq edəcək və iki ölkə liderlərinin əldə etdiyi mühüm konsensusu sədaqətlə həyata keçirəcək. Çin tərəfi, həmçinin ABŞ ilə dialoqu gücləndirməyə, praktiki əməkdaşlığı genişləndirməyə və fikir ayrılıqlarını uyğun şəkildə həll etməyə ümid edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Çin  

Çinin Müdafiə Nazirliyi ABŞ-ı əməkdaşlığa çağırdı

2021/03/cin-a-1614580967.jpg
Oxunub: 853     14:22     01 Mart 2021    