Ordu.az xəbər verir ki, bu barədə ABŞ ordusunun mətbuat xidməti məlumat yayıb.
Sınaqların təfərrüatları barədə məlumat verilməyib, ancaq bildirilir ki, bir qırıcıdan eyni vaxtda atılan 4 sursat dörd fərqli hədəfi vurub.
“Golden Horde” məlumat mübadiləsi və müəyyən qərarlar qəbul etmək üçün təyyarənin müxtəlif silahlarını birləşdirə bilən döyüş nəzarət sistemidir. Layihə haqqında ilk məlumat 2019-cu ildə ortaya çıxıb. Sistemin idarə edə biləcəyi potensial sursatlara GBU-39/B bombaları, AGM-158 və AGM-160 raketləri daxildir.
Sevinc Əliyeva
Ordu.az