NATO Qara dənizdə hərbi təlimlər keçirir

2018/07/37626271_2606971036195715_4044266176577011712_n-(1)_1532100682.jpg
Oxunub: 876     11:58     01 Mart 2021    
NATO-ya üzv olan dövlətlər Qara dənizdə “Poseidon 21” hərbi təlimləri keçirir.

Ordu.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, martın 6-dək davam edəcək təlimlərdə Rumıniya, Bolqarıstan, Yunanıstan, Türkiyə, İspaniya, Fransa və ABŞ Hərbi Dəniz Qüvvələri, Daimi NATO Mina Əleyhinə Tədbirlər Qrupu iştirak edəcək.

Təlimin aviasiya komponentini Fransanın “Rafale” və İspaniyanın “Eurofighter Typhoon”ları təmsil edəcək. Təlimlərə ümumilikdə 700-dən çox hərbi qulluqçu, 13 gəmi və 9 təyyarə cəlb olunub.

Təlimin əsas məqsədi sualtı və hava hücumundan müdafiə, hidroqrafik kəşfiyyat, dənizdəki mina və əldəqayırma partlayıcı qurğuların aşkarlanması və zərərsizləşdirilməsi ilə məşğul olmaqdır.

Təlimlər Rusiya Qara Dəniz Donanmasının qüvvələri və aktivləri tərəfindən izləniləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO  

NATO Qara dənizdə hərbi təlimlər keçirir

2018/07/37626271_2606971036195715_4044266176577011712_n-(1)_1532100682.jpg
Oxunub: 877     11:58     01 Mart 2021    