Türkiyə jandarması “Gökbey” helikopterləri almağı planlaşdırır

2021/01/D-ObH-1609911523.jpg
Oxunub: 1140     15:27     01 Mart 2021    
TürkiyəninÜmumi Jandarma Komandanlığı TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Gökbey” helikopterlərini almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin rəsmisi Temel Kotil məlumat verib.

Qeyd olunur ki, yeni helikopterlər inventarda olan 13 ədəd AB-205 ümumi məqsədli helikopterlərini əvəz edəcək. İlkin mərhələdə Türkiyə jandarmasına 20 ədəd “Gökbey” helikoperlərinin təhvil verilməsi planlaşdırılır.

Ümumi təyinatlı “Gökbey” helikopterləri ilk uçuşunu 2018-ci ilin sentyabr ayında həyata keçirib. Helikopterin 2021-ci ildə sınaq işləri başa çatdıqdan sonra kütləvi istehsalına başlaması nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə  

Türkiyə jandarması “Gökbey” helikopterləri almağı planlaşdırır

2021/01/D-ObH-1609911523.jpg
Oxunub: 1141     15:27     01 Mart 2021    