"Tanış olun, Makaryan Andodur, Baş Qərargah rəisinin müavini. 2020-ci ilin yanvarında Nikol general-leytenant rütbəsi verərək Andonu "aldı"".
Ordu.az xəbər verir ki, bu barədə erməni ictimai xadim Aram Gevorqyan öz "Facebook" səhifəsində yazıb.
"Buna qədər 10 il Ando general-mayor rütbəsinə həsrət idi. Göürünür xidmətləri general-leytenant üçün kifayət etmirdi. Nikol bundan istifadə etdi.
2 gün əvvəl Makaryan Ando ordunun bəyanatına qoşulmadı və Nikolun istefasını tələb etmədi, lakin mən bu ifadəni bir az yanlış hesab edirəm", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran